İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusuna ŞOK ZƏRBƏ - 250-dən çox hərbçi belə əsir alındı (ANBAAN VİDEO)

Ukrayna ordusu Donetsk vilayətinin Lyman xəttində həyata keçirilən “Vivaldi Əməliyyatı”nın üçüncü mərhələsini başa vurduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, Ukrayna 3-cü Ordu Korpusunun məlumatına görə, əməliyyatın üçüncü mərhələsində 250-dən çox rus əsgəri əsir götürülüb və 51 kvadrat kilometr ərazi Ukrayna qüvvələrinin nəzarətinə keçib.

Ukrayna tərəfinin bildirdiyinə görə, əməliyyatın əvvəlindən etibarən nəzarətə götürülən ərazilərin ümumi sahəsi 176 kvadrat kilometrə çatıb.

3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski üçüncü mərhələdə Nove, Ridkodub və Katerinivkanın nəzarətə götürüldüyünü, Karpivka və Novomıxaylovkada isə tam nəzarətin bərpa edildiyini bildirib.

Ukrayna tərəfi əməliyyat zamanı Rusiya qüvvələrinə qarşı qeyri-adi taktikalardan istifadə edildiyini də açıqlayıb. Bildirilir ki, Rusiya komandanlığının əsas hücum istiqaməti ilə bağlı yanıldılması məqsədilə hücum planı dəyişdirilib və əsas zərbə Nova istiqamətinə yönəldilib.

Əməliyyanda Sovet istehsalı BTR-60 zirehli transportyorlarından da istifadə olunub. Ukrayna qüvvələrinin bu texnikanı partlayıcılarla təchiz edilmiş və uzaqdan idarə olunan pilotsuz yerüstü vasitələrə çevirdiyi, daha sonra onların Rusiya mövqelərinə göndərildiyi bildirilib.

Ukrayna 3-cü Ordu Korpusu Rusiya qüvvələrinin əməliyyatın üçüncü mərhələsində təxminən 2 min nəfərlik şəxsi heyət itkisi verdiyini iddia edib.

Ukrayna Prezident Administrasiyasının açıqlamasında isə “Vivaldi Əməliyyatı”nın ilk üç mərhələsində Rusiya qüvvələrinin ölən və yaralananlar da daxil olmaqla ümumi şəxsi heyət itkisinin 5 mini keçdiyi bildirilib.

Ukrayna tərəfi həmçinin əməliyyat nəticəsində Rusiya qüvvələrinin Slovyansk-Kramatorsk istiqamətində irəliləmək planlarının pozulduğunu və bunun Moskvanı digər ərazilərdən əlavə qüvvələr cəlb etməyə məcbur etdiyini iddia edib.

Qeyd edək ki, Rusiya qüvvələrinin itkiləri və əsir götürülən hərbçilərlə bağlı açıqlanan rəqəmlər Ukrayna tərəfinin məlumatlarına əsaslanır. Müharibə şəraitində bu rəqəmləri müstəqil şəkildə tam təsdiqləmək mümkün deyil.

Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR