İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya öz şəhərini BOMBALADI, 1700 sakin ÇIXARILDI – Hərbi analitiklə CANLI

Rusiyanın Belqorod şəhərinin Qubkin küçəsində bomba düşməsi nəticəsində krater əmələ gəlib. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, partlamayan bombanın çıxarılması üçün işlərə başlanılıb.

Təhlükəsizlik məqsədi ilə 1700-dən çox sakin ərazidən köçürülüb, 50 nəfər müvəqqəti sığınacaqlarda saxlanılır. Hakimiyyət orqanları həmçinin ərazidə nəqliyyatın hərəkətini bağlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin bomba zərərsizləşdirmə mütəxəssisləri ağır texnikadan istifadə edərək hadisə yerində işləyirlər.

Qladkov Belqorodda düşən sursatın kimə aid olduğunu deməyib. Lakin Rusiya müstəqil kanallarına görə, bu, Rusiya istehsalı olan idarəolunan hava bombası (KAB) olub. O, partlamadan yerə sancılıb. Hadisə yerindən çəkilmiş fotoşəkildən bunun Rusiyaya aid olduğu görünür.

Rusiya təyyarələri onları hədəflərindən onlarla kilometr məsafədə, Ukraynanın hava hücumundan müdafiə zonasına daxil olmadan atır. Lakin sistemdəki qüsurlar səbəbindən hədəfin kursundan sapmalar baş verir.

Bundan öncə yanvarın 5-də Belqorodda Şebekinski rayonunun Batratskaya Daça kəndi yaxınlığında 500 kiloqramlıq hava bombası düşmüşdü. Bu, 2026-cı ildə Belqorod vilayətinə Rusiya təyyarələrinin atdığı ikinci bombadır. Hesablamalara görə, Rusiya təkcə 2025-ci ildə öz ərazisinə texniki nasazlıq səbəbindən ən azı 143 hava bombası atıb.

Rəsmi olaraq, Rusiya Müdafiə Nazirliyi yalnız 2023-cü ilin aprelində Belqorod şəhərinə Rusiya hava bombasının düşməsini təsdiqləyib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR