Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Pekinə rəsmi səfər edib.
Musavat.com bildirir ki, səfər iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsinin 25-ci ildönümünə təsadüf edir.
Səfərin əsas iş proqramı çərşənbə günü Pekinin mərkəzi Tyananmen meydanında Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi ilə başlayıb. Bunun ardınca ölkə parlamentində Putinlə Çin sədri Si Cinpin arasında danışıqlar baş tutacaq.
Görüşdən sonra tərəflər 40-a yaxın birgə sənədlər imzalayacaq və liderlər mediaya açıqlamalar verəcəklər. Həmin gün Putin və Si Cinpin təhsildə Rusiya-Çin əməkdaşlığı illərinin açılış mərasimində iştirak edəcəklər.
Rusiya prezidenti həmçinin Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Çianqla ayrıca görüş keçirəcək və 2000-ci ildə Çinə ilk səfəri zamanı Rusiya prezidenti ilə uşaqlıqda tanış olmuş çinli mühəndis Penq Pay ilə görüşəcək.
Çərşənbə günü axşam Si Cinpinin evsahibliyi ilə qala-ziyafət təşkil olunacaq və işçi proqram Putinlə Çin prezidenti arasında çay söhbəti ilə yekunlaşacaq.
Kreml qeyd edib ki, bu qeyri-rəsmi görüş səfərin ən mühüm hadisələrindən biri olacaq. Putin və Si Cinpin ən mühüm mövzuları və aktual beynəlxalq problemləri dostcasına və səmimi şəkildə müzakirə etmək imkanı əldə edəcəklər.
Putinin səfərinin ABŞ liderinin Pekin səfərindən sonraya təsadüf etməsi diqqət çəkir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ