İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Qazaxıstan sərhədində ƏMƏLİYYAT KEÇİRDİ

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Qazaxıstanla sərhəddə əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Kurqan vilayətində Rusiyadan ixracı qadağan olunmuş dizel mühərriklərinin qanunsuz çıxarılmasının qarşısı alınıb.

İstintaqın məlumatına görə, Moskva vilayətindən olan bir iş adamı vasitəçi yolu ilə Kurgan vilayətində 9 dizel mühərriki alaraq onları Qazaxıstana göndərməyə cəhd edib.

Mühərriklərin texniki xüsusiyyətləri onları ixrac nəzarəti altına daxil olan məhsullar kateqoriyasına aid edir.

Məlumata görə, göndərən tərəf mühərrikləri çıxarmaq üçün zəruri lisenziya əldə etməyib və gömrük bəyannaməsində yanlış məlumat göstərib. Məhsullar beynəlxalq buraxılış məntəqəsində müsadirə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR