İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya taxılının yeni partiyası Azərbaycan vasitəsilə Ermənistana DAŞINIR

Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl daşınmasına başlanılıb.

Musavat.com xəbər verir ki, səkkiz vaqondan ibarət ilk partiya artıq İrəvana yola salınıb.

Məlumata görə, 2025-ci ilin sonuna qədər bu marşrutla ümumilikdə 2 mindən çox ton taxıl, yəni 30 vaqon göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında Azərbaycan Ermənistan istiqamətində bütün yük tranzit məhdudiyyətlərini ləğv edib. Bu barədə Prezident İlham Əliyev açıqlama vermişdi. İlk belə tranzit yükü isə Qazaxıstan taxılının Ermənistana göndərilən partiyası olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR