İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Krım BOMBALAR altında: universitet, anbar, zavodlar... – TV Musavat

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Vladimir vilayətində yerləşən “Wildberries” şirkətinin anbar kompleksinə hücum edib. Vladimir vilayətinin qubernatoru Alexander Avdeev məlumat verib. Onun sözlərinə görə, Sobinski dairəsində yerləşən anbar kompleksinə endirilən zərbə nəticəsində yanğın baş verib və dağıntılar qeydə alınıb.

Qubernator bildirib ki, insanlar təhlükəsiz əraziyə təxliyə olunub, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyirlər. Hücum nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Ukrayna ordusu Rusiyanın Belqorod şəhərində yerləşən Belqorod Dövlət Texnologiya Universitetinə (BDTU) dron zərbəsi endirib. Teleqram kanalları məlumat yayıb. Bildirilib ki, hücumdan sonra universitet binasında genişmiqyaslı yanğın başlayıb.

Məlumata görə, təhsil müəssisəsində Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının avtomatlaşdırılmış idarəetmə sistemləri layihələndirilir və sınaqdan keçirilirdi.

Ukrayna ordusu gecə saatlarında işğal edilmiş Krım yarımadasına dronlarla zərbələr endirib, Saki, Feodosiya, Simferopol və Kerç şəhərlərində partlayışlar baş verib. “Krımskiy Veter” məlumat yayıb.

Feodosiyada da Rusiya mobil atəş qrupları dronları vurmağa cəhd edib. Bununla belə, PUA-nın yerli neft bazasının yerləşdiyi ərazini vura biləcəyi qeyd edilib. Kerçdə də partlayış səsləri və dronların uçuşu müşahidə olunub. Ən yüksək aktivlik Mitridat dağı ətrafında və Kerç dəniz limanında qeydə alınıb. Yerli sakinlər liman yaxınlığında yanğın baş verdiyini bildiriblər.

Hücum fonunda Rusiya qüvvələri Krım körpüsündə nəqliyyatın hərəkətini müvəqqəti dayandırıblar.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Fikrət Yusifovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR