İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xarkovun mərkəzinə raket zərbəsi endirdi

Rusiya qoşunları Xarkov şəhərinin mərkəzi hissəsinə raket zərbəsi endirib.

Musavat.com xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov məlumat yayıb.

Merin sözlərinə görə, ruslar birbaşa şəhərin mərkəzini hədəf alıb. Hazırda hadisə yerində müvafiq xidmətlər çalışır, dağıntılar və xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.

Xatırladaq ki, Xarkov və vilayət mütəmadi olaraq Rusiya ordusunun hücumlarına məruz qalır. Aprelin 16-da ruslara məxsus pilotsuz uçuş aparatı (PUA) şəhərin mərkəzindəki sıx məskunlaşmış rayona düşüb. Həmin gün gecə saatlarında isə yaşayış məhəllələrinə "kamikadze" dronlarla kütləvi hücum təşkil edilib. Nəticədə yanğınlar baş verib, mülki avtomobillər yanıb, yerli sakinlər arasında yaralananlar olub.

Sərhədyanı ərazilərin sistematik atəşə tutulması səbəbindən Xarkov vilayətinin rəhbərliyi Kupyan rayonunda məcburi təxliyə zonasını genişləndirib. Hazırda bu zona 20-dən çox yaşayış məntəqəsini əhatə edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR