Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Zaporojye vilayətinin Zaporojye rayonu Rusiya ordusunun növbəti artilleriya hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı Ukrayna Fövqəladə Hallar Xidməti yayıb.
Qurumun açıqlamasında bildirilir ki, düşmən atəşi nəticəsində bir yaşayış evi dağılıb, yerli sakinlər isə dağıntılar altında insan qalması barədə məlumat veriblər.
Xilasedicilər axtarış-xilasetmə əməliyyatı zamanı bir nəfərin meyitini tapıb və çıxarıblar.
Zərbə nəticəsində həmçinin bir mağaza dağılıb, yaxınlıqdakı digər fərdi evdə isə yanğın baş verib.
Ukrayna tərəfi hücumun dinc əhalini hədəfə aldığını bildirir.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ