İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Azərbaycan dili öyrəniləcək

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac olduğu barədə diqqətçəkən açıqlama verilib. 

Musavat.com Report-a istinadən xəbər verir ki, bu fikri Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya Biznes Şurasının iclasında səsləndirib.

Overçuk bildirib ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və bu istiqamətdə dəstək göstəriləcək. O qeyd edib ki, Azərbaycanda rus dilinə xüsusi diqqət ayrılır, məktəblərdə bu dil tədris olunur və universitetlər arasında əlaqələrin gücləndirilməsinə maraq var.

Rusiya rəsmisinin sözlərinə görə, Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi də müzakirə edilib.

O əlavə edib ki, tərəflər rus dilinin yayılması sahəsində əməkdaşlıq məsələlərinə də toxunublar. Bununla yanaşı, Azərbaycan Respublikasına Beynəlxalq Rus Dili Təşkilatına qoşulmağı nəzərdən keçirmək təklifi də verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR