İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 102-ci bazası Ermənistanda bunu etdi

Rusiya diplomatları, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbi qulluqçuları, onların ailə üzvləri və mülki heyət Ermənistanın Şirak vilayətində ənənəvi Epifaniya (xaçsuyu) mərasimində iştirak ediblər.

Musavat.com xəbər verir ki, mərasim Çərkəz dərəsində təşkil olunub və pravoslav kilsəsinin dini ayinləri ilə başlayıb.

Məlumata görə, iştirakçılar əvvəlcə birgə dua edib, daha sonra xüsusi olaraq müqəddəsləşdirilmiş buz kimi soyuq suya giriblər. Bildirilir ki, bu ritual rus pravoslav hərbi ənənələrinin ayrılmaz hissəsi hesab olunur və hər il yanvar ayında keçirilir.

Tədbirdə hərbi qulluqçularla yanaşı, diplomatlar və ailə üzvlərinin də iştirakı diqqət çəkib. Mərasim təhlükəsizlik tədbirləri çərçivəsində və təşkilatlanmış şəkildə baş tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR