İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın əlindəki DƏHŞƏTLİ RAKET ARSENALI: Hər ay bu qədər İSTEHSAL OLUNUR

Rusiyanın sərəncamında 600-dən çox "Oniks", 450-dən çox "Kalibr", 120-dən çox "Sirkon", 130-a yaxın "İskəndər-M" və digər tipli yüzlərlə raket var.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Ukrayinska Pravda"nın sorğusuna cavabında bildirib.

Eyni zamanda, Rusiya hərbi-sənaye kompleksi hər ay 200-dən çox qanadlı və ballistik raket istehsal etmək iqtidarındadır.

İyul ayına olan məlumata görə, Rusiyanın təxminən 50 ədəd "Kinjal" aeroballistik raketi və bir o qədər də Şimali Koreya istehsalı olan "KN-23", "KN-24" və "KN-30" ballistik raketi mövcuddur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR