İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Pokrovsk istiqamətində irəliləyişi müvəqqəti olaraq zəifləyib

Rusiyanın Pokrovsk istiqamətində hücumlarının sürəti son günlərdə zəifləyib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-nın Müharibəni Araşdırma İnstitutu (ISW) gündəlik analitik hesabatında bildirib.

Mütəxəssislərin fikrincə, bu müvəqqəti yavaşıma kimi qiymətləndirilməlidir. Hesabatda qeyd olunur ki, yaxın günlərdə Rusiya ordusunun logistika imkanlarının genişlənməsi və əlavə qüvvələrin cəbhə bölgəsinə gətirilməsi ilə hücumun tempi yenidən arta bilər.

ISW həmçinin Pokrоvsk bölgəsinə yeni hərbi birləşmələrin göndərilməsini bu prosesin əsas göstəricisi kimi qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR