Onlayn ictimai-siyasi qəzet
Rusiyada hazırlanmış xərçəng əleyhinə peyvəndin tətbiq olunduğu ilk dəri xərçəngi xəstəsində müsbət nəticələr qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının tədqiqatçıları məlumat yayıb.
Bildirilib ki, Rusiyanın xərçəng əleyhinə peyvəndini alan ilk pasiyent özünü yaxşı hiss edir və müalicəsi davam etdirilir. Həkimlərin sözlərinə görə, xəstədə immun sisteminin aktivləşməsi üçün zəruri reaksiyalar artıq əldə olunub.
Tədqiqatçılar qeyd ediblər ki, Hertsen adına Onkologiya İnstitutunun məlumatına əsasən, pasiyentin vəziyyəti stabildir. Ona hələ Qamaleya Mərkəzində istehsal olunan preparatla daha iki peyvənd vurulacaq.
Alimlərin sözlərinə görə, xəstədə müşahidə olunan immunoloji reaksiyalar çox müsbətdir. Hazırda orqanizmdə immun sisteminin şiş və metastazlarla mübarizə aparmasına kömək edən bütün zəruri immunoloji aktiv birləşmələr formalaşır.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ