İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslan Eyyubovdan XƏBƏR VAR - Nə istəyir?

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri Ruslan Eyyubov apellyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun şikayətinə bu gün baxılacaq.

Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, Ruslan Eyyubovun həbsdən azad edilməsi istənilir.

Ruslan Eyyubovun müdafiəsini tanınmış vəkil Muxtar Mustafayev həyata keçirir. Həmin vəkil bundan əvvəl “Dəmirçi Plaza”nın sahibinin oğlu Qafar Dəmirçinin, eləcə də çoxsaylı məmur və iş adamlarının müdafiəçisi olub.

Qeyd edək ki, R.Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin bir neçə gün əvvəl vəzifəsindən azad edilən rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR