Onlayn ictimai-siyasi qəzet
“NATO həqiqətən də Rusiyadan nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı məktub alıb”.
Musavat.com xarici mediaya istinadla xəbər verir bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, alyans Moskvanın diplomatik notasına "qısa və lakonik" nota ilə cavab verib. Cavab məktubunda bildirilib ki, NATO-nun Rusiyaya qarşı heç bir aqressiv planı yoxdur.
"Qulaq asın, biz müdafiə alyansıyıq", - Rutte əlavə edib.
Bir müddət əvvəl “Röyters” Kalininqrad bölgəsinin təcrid edilməsi cəhdi halında Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı NATO-ya diplomatik nota göndərdiyini bildirmişdi. Moskva həmin notada NATO-nu birbaşa silahlı münaqişə riski yaradan "təhlükəli və ehtiyatsız bir kurs"da ittiham edib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ