İnsanlara hürriyət, millətlərə istiqlal!

Ryazanda neft zavodu və Wildberries anbarı VURULDU

Ukrayna ötən gecə Rusiya ərazisinə kütləvi dron hücumlarını davam etdirib.

Musavat.com xəbər verir ki, Rostov vilayətindəki Taqanroq şəhərinə edilən hücum nəticəsində bir neçə müəssisəyə zərbə endirilib.

Ryazan vilayətinin qubernatoru Pavel Malkovun sözlərinə görə, Ryazan şəhərinə edilən böyük dron hücumu dəf edilir və müəssisələrdən birində yanğın baş verib:

"Ryazanda böyük dron hücumu dəf edilir və hava hücumundan müdafiə sistemləri işləyir.

Müəssisələrdən birində yanğın baş verib".

Ukrayna mənbələri isə artıq Ryazan Neft Emalı Zavodu və Wildberries-in bölgədəki anbarlarından böyük yanğınların görüntülərini paylaşırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR