İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahın oğlu danışdı: İrana qarşı addım atanlar...

İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu, müxalif siyasi fiqur Rza Pəhləvi ölkənin ərazi bütövlüyü ilə bağlı sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Rza Pəhləvi İranın ərazi bütövlüyünü “böyük və vahid millətin ən mühüm qırmızı xətti” adlandırıb və bu sərhədi keçən istənilən şəxs və ya qrupun xalqın qəti reaksiyası ilə üzləşəcəyini bildirib.

Onun sözlərinə görə, ərazi bütövlüyünü pozmağa cəhd edən və ya belə təşəbbüslərlə əməkdaşlıq edən qüvvələrə qarşı İran cəmiyyəti prinsipial mövqe ortaya qoyacaq. 

9f6e8d85-c165-4992-a68e-abb78913b343.jpg (107 KB)

Rza Pəhləvi vurğulayıb ki, yalnız vahid və demokratik İran çərçivəsində – hüququn aliliyinin təmin olunduğu bir sistemdə – vətəndaşların fərdi azadlıqları və bərabər hüquqları qoruna bilər. O qeyd edib ki, bu hüquqlar insanların siyasi baxışından, dini mənsubiyyətindən, dilindən və ya etnik kimliyindən asılı olmamalıdır.

Şahzadə hesab edir ki, ölkənin gələcəyi parçalanma və qarşıdurma deyil, milli birlik və qanunun aliliyinə əsaslanan idarəçilik modeli üzərində qurulmalıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR