İnsanlara hürriyət, millətlərə istiqlal!

Salah "Qalatasaray"a keçid üçün şərtlərini açıqladı

Son günlərdə Türkiyə mediasında "Liverpul"un hücumçusu Məhəmməd Salahın "Qalatasaray"ın transfer hədəflərindən biri olması barədə xəbərlər dolaşır.

Misirli futbolçunun İstanbul klubuna keçidi üçün irəli sürdüyü tələblər açıqlanıb.

İddiaya görə, Salah "Qalatasaray"ın ona illik 25 milyon avroya yaxın maaş verməsini tələb edib. Bununla yanaşı, hücumçu yaşayış üçün ona üçmərtəbəli villanın, səyahət üçünsə özəl təyyarənin ayrılmasını istəyib.

Salah, həmçinin "Qalatasaray"da oynadığı müddətdə reklam haqlarından gələn gəlirlərin də şəxsən ona ödənilməsini tələb edib.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR