İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Abasov işləmədən “Neftçi”dən maaş alacaq

Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə məğlubiyyətdən (2:3) sonra “Neftçi”dən istefaya göndərilən Samir Abasovla klub rəhbərliyi arasındakı narazılıq aradan qaldırılıb.

Musavat.com futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşılmazlığa son qoyublar.

Məsələ burasındadır ki, “ağ-qaralar” 47 yaşlı çalışdırıcının maaşını ödəməkdə davam edəcək. Belə ki, Abasov hazırda işsiz olsa da, “Neftçi” ilə pozulan müqaviləsinin sonuna qədər hər ay məvacibini alacaq. Yəni bakılılar mövsümün sonuna qədər həm hazırkı baş məşqçi Yuri Verniduba, həm də sabiq çalıçdırıcı Abasova ödəniş edəcək.

Samir Abasov “Neftçi”yə 2024-cü ilin oktyabrında təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 6-cı yeri tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR