Onlayn ictimai-siyasi qəzet
Bəsrədə fəaliyyət göstərən "Lukoyl" şirkətinin təxminən 1300 əməkdaşı altı həftədir ki, maaşlarını ala bilmir.
Musavat.com xəbər verir ki, bu barədə RBK "Eco Iraq Observatory" tədqiqat təşkilatına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, "Lukoyl" işçiləri yalnız maaş bəyannaməsini elektron poçt vasitəsilə alıblar, amma bank köçürmələri edilməyib.
Söhbət 2010-cu ilin yanvarında imzalanmış müqavilə əsasında işlənən "Qərbi Kurna-2" yatağından gedir. "Lukoil" layihədə 75% paya sahibdir, qalan 25% isə İraqın "North Oil Company" şirkətinə məxsusdur.
"Reuters" agentliyinin verdiyi məlumata görə, ABŞ-ın yeni sanksiyalarının tətbiqindən sonra "Lukoyl" yataqda fövqəladə vəziyyət elan edib. Agentliyə danışan mənbə bildirib ki, şirkət Rusiya vətəndaşlığı olmayan bütün xarici işçilərlə əməkdaşlığı dayandırıb.
Musavat.com
29 Avqust 2026
08:51 ABŞ-da Sorosun təşkilatlarının maliyyə fəaliyyəti yoxlanacaq – Nazirlik xüsusi plan hazırlayıb
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ