İnsanlara hürriyət, millətlərə istiqlal!

Savaşın gedişini dəyişəcək addım: Vaşinqtondan Kiyevə yeni dəstək – “ağıllı bombalar” səhnəyə çıxır

ABŞ Ukraynaya yüksək dəqiqlikli aviabombaların satışını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, paketə 1500-dən çox JDAM-ER dəsti daxildir. Bu sistemlər adi bombaları idarəolunan və 70 kilometrdən çox məsafəni vura bilən “ağıllı” sursatlara çevirir.

Satış paketinə həmçinin texniki xidmət avadanlıqları, ehtiyat hissələri, proqram təminatı və mühəndis-texniki dəstək də daxildir. ABŞ tərəfi bu addımın Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə yönəldiyini bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR