İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxlanıldığı deyilən aktrisa açıqlama yaydı

Türkiyəli aktrisa Afra Saraçoğlu haqqında yayılan xəbərlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Türkiyədə narkotiklərlə bağlı istintaq çərçivəsində Saraçoğlu barəsində saxlanılma qərarı verildiyi bildirilir.

Aktrisa sosial media hesabında paylaşdığı açıqlamada hazırda Türkiyədə olmadığını bildirib.

“Bu gün mətbuatda yayılan və bir çox həmkarımla yanaşı mənim adımın da keçdiyi xəbərləri xaricdə olarkən öyrəndim. Daha əvvəldən planlaşdırılan iş səfərimlə bağlı hazırda Türkiyədə deyiləm. Ədalətin öz yerini tapması üçün ən qısa zamanda ölkəmə qayıdaraq, hüquq-mühafizə orqanlarımıza ifadə verəcəyəm”, – deyə Saraçoğlu qeyd edib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR