Onlayn ictimai-siyasi qəzet
Tramp seçkilərdən əvvəl hərbi zərbə ehtimalını açıq saxladı
Musavat.com xəbər verir ki, Donald Tramp ABŞ-da keçiriləcək seçkilərdən əvvəl hərbi zərbələrin endirilməsi imkanları ilə bağlı jurnalistin sualını cavablandırarkən belə bir ssenarinin mümkünlüyünü istisna etməyib.
Jurnalistin "Seçkilərdən əvvəl zərbələr endirmək imkanını hələ də nəzərdən keçirirsinizmi?" sualına cavab verən Tramp məsələ ilə bağlı açıq danışmaq istəmədiyini bildirib:
"Mən bunu demək istəmirəm. Yəni bu mümkündür, amma sadəcə bu haqda danışmaq istəmirəm", — deyə o vurğulayıb.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ