İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə naziri 99 min avroluq avtomobil barədə danışarkən kövrəldi - VİDEO

Musavat.com xəbər verir ki, Moldovanın səhiyyə naziri Emil Çeban parlamentdə verdiyi açıqlama zamanı özünə məxsus 99 min avroluq avtomobilin mənşəyi ilə bağlı suallara cavab verərkən göz yaşlarını saxlaya bilməyib.

Nazir titrək səslə bildirib ki, ömrü boyu yalnız ikinci əl maşın sürüb və bahalı avtomobili də “deputat və nazir olmamışdan əvvəl sifariş etdiyini” deyib. Onun çıxışı həm parlament üzvlərinin, həm də ictimaiyyətin diqqətini çəkib.

Emil Çeban çıxışı zamanı şəxsi həyatındakı ağır məqamlara da toxunub:

— 8-ci sinifdən sonra təmizlikçi işləməsi,
— ailəsinin bir otaqda yaşaması,
— övladının faciəli ölümü.

Lakin bütün bu xatırlatmalara baxmayaraq, nazir emosional olaraq ən çox 99 min avroluq avtomobil məsələsində çətinlik çəkib. Məhz həmin məqamda gözləri dolub və çıxışı bir neçə saniyəlik yarımçıq qalıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR