İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sənin üçün hər gün daha çox darıxıram" - Dilarə Oqtaydan yazdı

“Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır... Amma elə yaralar var ki, illər keçsə də sağalmır, əksinə, daha da dərinləşir. Sənin yoxluğun kimi...”

Musavat.com xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevin vəfat ildönümü ilə bağlı paylaşımında qeyd edib.

O, yazısında mərhum rejissorun yoxluğunu dərin kədər hissi ilə ifadə edib:

“Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan... Xatirələrimdə və dualarımda daim yanımdasan. Səni unutmaq mümkün deyil. Çünki sən həyatımı inşa edən insan olmusan. Ruhun şad olsun... Mən hər gün səni daha çox darıxıram.”

Qeyd edək ki, Oqtay Əliyev 22 mart 2023-cü ildə, 54 yaşında yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Onun idarə etdiyi “Lexus LX470” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində Oqtay Əliyev həyatını itirib, avtomobildə olan xalq artisti Mehriban Zəki və əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıblar.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR