İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Hörmüz boğazında ABŞ-yə aid katerə hücum edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə aid uzaqdan idarə olunan katerə hücum edib.

Bu barədə SEPAH "Telegram" kanalında məlumat yayıb.

"İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının mühafizə olunan bölgəsinə girmək niyyətində olan Amerika ordusuna məxsus katerə hücum edib", -məlumatda qeyd olunub.

SEPAH bundan sonra da ABŞ-nin hücumlarına qətiyyətli cavab veriləcəyini vurğulayıb: "Hörmüz boğazı SEPAH-ın idarəçiliyi altındadır və düşmənin hər bir hərəkətinə qəti cavab veriləcək. Amerika bilməlidir ki, bölgəni tərk etməkdən başqa çarəsi yoxdur".

Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın üç tankerinə hücum edib və bunu SEPAH-ın regionda Amerika gəmilərinə zərbə endirmək cəhdi ilə əlaqələndirib. Buna cavab olaraq SEPAH Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən üç ABŞ gəmisi və üç neft tankerinə hücumlar həyata keçirildiyini açıqlayıb./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR