İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH Hörmüzdə neft tankerini ƏLƏ KEÇİRDİ – ABŞ-dan TƏCİLİ AÇIQLAMA

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Marshall Adaları bayrağı altında üzən “Talara” adlı neft tankerini saxlayaraq İran sularına yönləndirib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumatda bildirilir ki, tanker əvvəlcə BƏƏ sahillərində olub və Hind okeanı vasitəsilə yüksək kükürdlü dizel yanacağı yükünü Sinqapura daşıyırmış.

 “AP News” ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən yazır ki, “Marshall Adalarının bayrağı altında üzən neft tankeri Hörmüz boğazından keçərkən İran qüvvələri tərəfindən ələ keçirilib və ölkənin ərazi sularına aparılıb. Bu, son aylar ərzində strateji əhəmiyyətli su yolunda qeydə alınan ilk belə hadisədir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR