İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH hücuma HAZIRLAŞIR: "Bu gün cəzalandırılacaq".

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İrana endirilən zərbələrə cavab olaraq ABŞ-ni iyulun 30-da "cəzalandıracağını" bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ISNA agentliyi yayıb.

"Təcavüzkar elə bu gün cəzalandırılacaq", - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin Fars körfəzində yerləşən İranın Qeşm adasına endirdiyi hava zərbəsi nəticəsində yaşayış binasının dağıldığı və iki nəfərin dağıntılar altında qaldığı bildirilirdi.

Xilasedici briqadalar hazırda insanların dağıntılar altından çıxarılması istiqamətində işləri davam etdirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR