Onlayn ictimai-siyasi qəzet
Fars körfəzində hərbi gərginlik növbəti mərhələyə keçib.
Musavat.com xəbər verir ki, SEPAH Hərbi Dəniz Qüvvələrinə məxsus “IRIS Makran” üzən bazasının İranın cənubunda – Bəndər Abbas hərbi-dəniz bazası yaxınlığındakı sularda vurulduğu bildirilir.
Məlumata görə, “Makran” əvvəllər xam neft tankeri olub, sonradan hərbi təyinatlı üzən bazaya çevrilib. Gəminin SEPAH donanmasının əməliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynadığı qeyd olunur.
Eyni zamanda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Fars körfəzində İran gəmilərinin batırılmasına dair videogörüntülər yayıb.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ