Onlayn ictimai-siyasi qəzet
“Uzak Şehir” serialında Şahin və Pakize obrazlarını canlandıran Alper Çankaya ilə Yaren Güldiken şəxsi həyatları ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, uzun müddətdir münasibətdə olduqları deyilən aktyorlar bu dəfə sevgilərini gizlətməyərək birlikdə çəkilən fotolarını ictimaiyyətlə bölüşüblər. Mövsüm finalından sonra tətilə yollanan cütlük istirahətlərindən rəngarəng kadrları sosial şəbəkə hesablarında yayımlayıb.
Xüsusilə Alper Çankayanın paylaşdığı romantik fotolar qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Pərəstişkarları cütlüyün münasibətini açıq şəkildə nümayiş etdirməsini maraqla qarşılayıb və onlara xoş arzularını çatdırıblar.
Türkiyə mediasında bir müddətdir Alper və Yaren arasında sevgi münasibətinin olduğu barədə xəbərlər yayılsa da, tərəflər bu iddialarla bağlı indiyədək hər hansı açıqlama verməmişdi. Son paylaşımlar isə onların eşq yaşadığı barədə xəbərləri təsdiqləmiş olub.
Qeyd edək ki, Yaren Güldiken yeni mövsümdə də “Uzak Şehir” serialının heyətində yer almağa davam edəcək. Alper Çankaya isə canlandırdığı Şahin obrazının hekayəsinin başa çatması səbəbindən layihə ilə vidalaşıb.
Könül
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ