Onlayn ictimai-siyasi qəzet
Astroloqlar avqustun 12-də baş verəcək Günəş tutulmasının uzun müddətdir təxirə salınan qərarları yenidən gündəmə gətirə biləcəyini bildiriblər.
Musavat.com xəbər verir ki, tutulma dövrünün bəzi bürclər üçün karyerada yeni imkanlar, bəziləri üçün isə münasibətlərdə mühüm dönüş nöqtələri yaradacağı qeyd olunur.
Astroloji şərhlərə görə, bu müddətdə emosiyaların daha da intensivləşməsi və gözlənilməz hadisələrin baş verməsi mümkündür.
Astroloqların fikrincə, Aslan bürcündə baş verəcək Günəş tutulması özünəinam, liderlik, yaradıcılıq və özünüifadə mövzularını ön plana çıxaracaq.
Od qrupuna daxil olan Qoç, Şir və Oxatan üçün cəsarət, təşəbbüs və yeni başlanğıcların ön plana çıxacağı bildirilir.
Buğa, Qız və Oğlaq üçün isə maliyyə məsələləri, maddi təhlükəsizlik və gələcəklə bağlı planlar daha çox diqqət tələb edə bilər.
Əkizlər, Tərəzi və Dolça sosial münasibətlər, ünsiyyət və yeni əlaqələr baxımından hərəkətli dövr keçirə bilərlər.
Xərçəng, Əqrəb və Balıqlar isə emosional baxımdan daha həssas ola, keçmiş məsələlərə fərqli prizmadan yanaşa bilərlər.
Mütəxəssislər tutulma dövründə emosiyaların təsiri ilə ani qərarlar verməkdənsə, baş verənləri diqqətlə dəyərləndirməyi tövsiyə edirlər.
Tutulmanın 12 bürcə mümkün təsirləri
Qoç: Sevgi həyatı və yaradıcılıqla bağlı gözlənilməz inkişaflar yaşana bilər. Uzun müddətdir gözlədiyiniz bir xəbər və ya fürsət gündəmə gələ bilər.
Buğa: Ev və ailə məsələləri diqqət mərkəzinə keçə bilər. Yaşayış yeri, köç və ya ailə daxilində mühüm qərarlar gündəmə gələ bilər.
Əkizlər: Ünsiyyət və xəbər trafiği sürətlənə bilər. Yeni razılaşmalar, görüşlər, qısa səfərlər və gözlənilməz xəbərlər gündəmə gələ bilər.
Xərçəng: Pul və gəlirlərlə bağlı məsələlər ön plana çıxacaq. Yeni qazanc imkanları yarana, maliyyə planlarınızı yenidən nəzərdən keçirə bilərsiniz.
Şir: Tutulmanın birbaşa təsir etdiyi bürclərdən biri Şirdir. Şəxsi həyat, imic, məqsədlər və gələcəklə bağlı yeni başlanğıclar gündəmə gələ bilər.
Qız: Keçmişdə yarımçıq qalan məsələlər yenidən qarşınıza çıxa bilər. Daxili dünyanıza yönəlmək və gələcək planlarınızı müəyyənləşdirmək üçün mühüm mərhələ ola bilər.
Tərəzi: Sosial çevrənizdə canlanma yarana bilər. Yeni insanlarla tanışlıq, dostluqlar və mühüm iş əməkdaşlıqları gündəmə gələ bilər.
Əqrəb: Karyera sahəsində diqqətçəkən dəyişikliklər mümkündür. Uzun müddətdir üzərində çalışdığınız layihə və ya işlə bağlı nəticə əldə edə bilərsiniz.
Oxatan: Təhsil, səyahət və şəxsi inkişaf mövzuları ön plana çıxacaq. Dünyagörüşünüzü dəyişdirəcək yeni təcrübələrlə qarşılaşa bilərsiniz.
Oğlaq: Maliyyə ortaqlıqları, investisiyalar və ortaq pullarla bağlı məsələlər gündəmə gələ bilər. Maddi sahədə yeni qərarlar vermək lazım olacaq.
Dolça: Münasibətlər və tərəfdaşlıqlar baxımından mühüm mərhələ başlaya bilər. Bəzi münasibətlər möhkəmlənə, bəziləri isə yeni istiqamət ala bilər.
Balıqlar: Gündəlik həyatınız və iş rejiminizdə dəyişikliklər mümkündür. Həyat tərzi və gündəlik vərdişlərlə bağlı yeni qərarlar qəbul edə bilərsiniz.
Könül
Musavat.com
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ