İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevil Əliyeva: “2017-ci ildən Bakıda, ata evimdə yaşayıram”

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın son açıqlaması diqqət çəkib.

Musavat.com bildirir ki, uzun illər xaricdə yaşayan Sevil Əliyeva hazırda 2017-ci ildən etibarən Bakıda, ata evində yaşadığını açıqlayıb.
O, sosial şəbəkə hesabında ünvanına ünvanlanan xoş sözlərə və göstərilən diqqətə görə təşəkkürünü bildirib:

“Əziz bacı və qardaşlar, Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir.

Uzun illər xaricdə yaşadığım üçün bir çox insanlar hələ də mənim Azərbaycandan kənarda olduğumu düşünürlər. Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm. Hər birinizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram”.

Xalidə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR