Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa Rusiyanın Ukrayna tərəfindən irəli sürülən atəşkəs təşəbbüsünü kobud şəkildə pozduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, nazirin sözlərinə görə, mayın 6-na keçən gecə Rusiya qoşunları Ukrayna şəhərlərinə 108 zərbə dronu və 3 raketlə kütləvi hücum təşkil edib. Sibiqa vurğulayıb ki, bu qanlı hücum Moskvanın əslində heç bir sülh tərəfdarı olmadığını və mayın 9-dək elan edilən "atəşkəs" bəyanatlarının sadəcə diplomatiya imitasiyası olduğunu sübut edir.
Ukrayna tərəfi bu addımı beynəlxalq birliyin gözü qarşısında törədilən növbəti xəyanət kimi qiymətləndirib. "Rusiya sülh istəmir, onlar yalnız məhv etmək və zaman qazanmaq üçün yalançı danışıqlardan istifadə edirlər", — deyə XİN rəhbəri bildirib.
Ukrayna Hava Hücumundan Müdafiə qüvvələrinin məlumatına görə, gecə boyu ölkənin bir çox regionunda partlayış səsləri eşidilib və mülki infrastruktura ciddi ziyan dəyib.
Hazırda Kiyev beynəlxalq tərəfdaşlarını Rusiyanın bu hərəkətlərinə sərt reaksiya verməyə və sanksiyaları daha da sərtləşdirməyə çağırır.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ