Onlayn ictimai-siyasi qəzet
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani fevral ayında regional münaqişə başlayandan bəri ilk dəfə bu gün Tehrana səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari açıqlayıb: "Qətərin baş naziri və xarici işlər naziri sabah Tehrana səfər edəcək. Onun regionda gərginliyin azaldılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi məsələlərini müzakirə etməsi gözlənilir".
Əl-Ənsari əlavə edib ki, baş nazirin İrana səfəri Qətərin münaqişələrin "diplomatik həllinə sadiqliyini" təsdiqləyir.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ