Onlayn ictimai-siyasi qəzet
Qərb mediasında Rusiyanın NATO ölkələrinə hücuma hazırlaşması barədə yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bəyanatında bildirib.
"İndi bu cür qorxulu nağıllar (straşilka) çox dərc olunur. Əlbəttə ki, bunun reallıqla heç bir əlaqəsi yoxdur və Rusiya Federasiyasının niyyətlərini qətiyyən əks etdirmir", – deyə Kreml rəsmisi vurğulayıb.
Moskva nümayəndəsi əlavə edib ki, bu tipli informasiya dalğaları Qərb ictimaiyyətində süni qorxu yaratmaq və hərbi büdcələrin artırılmasına haqq qazandırmaq məqsədi daşıyır.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ