İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən böyük yükdaşıma şirkəti Rusiya limanı ilə işi dayandırdı

Dünyanın ən böyük konteyner şirkəti olan MSC Rusiyanın Novorossiysk limanında fəaliyyətini dayandırıb.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, qərar, ehtimal ki, Rusiya limanına gedən MSC ULSAN III konteyner gəmisinə son dron hücumu ilə əlaqədardır.

Şirkət hələlik Novorossiyskə və Novorossiyskdən müntəzəm xidmətləri nə vaxt bərpa edəcəyini dəqiqləşdirməyib və müştərilərə alternativ daşıma variantları axtarmağı tövsiyə edir.
MSC Sankt-Peterburq da daxil olmaqla, digər Rusiya limanlarında fəaliyyətini davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR