İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şimal axını"nı pulla almaq istəyirlər-Lavrov Vaşinqtonun gizli qaz və neft planlarından danışdı

Rusiya Xarici İşlər naziri Sergey Lavrov "RT India" kanalına verdiyi geniş müsahibədə ABŞ-ın yeni rəhbərliyinin siyasəti və qlobal enerji bazarındakı gərginliklə bağlı sensasion iddialar irəli sürüb.

Musavat.com xəbər verir ki, Lavrov Tramp administrasiyasının artıq Bayden dövrünün mirası olaraq deyil, birbaşa öz təşəbbüsü ilə Rusiyanı iqtisadi cəhətdən "cəzalandırmağa" çalışdığını bəyan edib.

Nazirin sözlərinə görə, dünya hər şeyin beynəlxalq hüquqa hörmət qoyulmadan, yalnız güc yolu ilə həll edildiyi dövrlərə qayıdır.

Lavrov ABŞ-ın Ukrayna üzərindən qaz tranzitinə nəzarət etmək istədiyini, həmçinin avropalılardan "Şimal axını" kəmərlərinin onlara məxsus hissəsini satın alaraq bərpa etməyi planlaşdırdığını iddia edib.

Bundan əlavə, Vaşinqtonun Venesuelanın "Rosneft"lə apardığı neft əməkdaşlığını da öz nəzarətinə keçirməyə çalışdığı vurğulanıb.

Qlobal iqtisadi vəziyyətə toxunan XİN rəhbəri bildirib ki, Fars körfəzindəki münaqişə dərhal dayandırılsa belə, onun dünya iqtisadiyyatına vurduğu zərəri 2026-cı il ərzində bərpa etmək mümkün olmayacaq.

O, həmçinin xəbərdarlıq edib ki, əgər Bab əl-Məndəb boğazında hərbi münaqişə alovlanarsa, dünya energetika sistemi ölçüyəgəlməz itkilərlə üzləşəcək.

Lavrovun bu çıxışı Moskva və Vaşinqton arasındakı iqtisadi qarşıdurmanın yeni, daha kəskin mərhələyə qədəm qoyduğunun göstəricisi kimi qiymətləndirilir. Hazırda Rusiya diplomatiyasının bu istiqamətdə hansı əks-addımlar atacağı beynəlxalq analitiklər tərəfindən yaxından izlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR