İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya ABŞ-ni geridə qoydu

Şimali Koreyanın nüvə arsenalı ABŞ-nin raketdən müdafiə imkanlarını üstələyir.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata görə, Pxenyanın nüvə arsenalı kritik həddə yaxınlaşır.

Bildirilir ki, bu arsenal ABŞ-nin son 30 il ərzində hazırladığı və milyardlarla dollar xərclədiyi yerüstü raketdən müdafiə sistemlərini iflic etmək gücünə sahibdir.

Cənubi Koreya prezidenti Li Çje Myon yanvarın sonunda verdiyi bəyanatda Pxenyanın artıq hər il 20-yə yaxın nüvə başlığı istehsal etmək üçün kifayət qədər silah dərəcəli material hazırlamaq iqtidarında olduğunu vurğulayıb.

Proqnozlara əsasən, KXDR yaxın onillikdə nüvə ehtiyatlarının həcminə görə Fransaya çata bilər. On ildən sonra isə Şimali Koreyanın arsenalının İsrail, Pakistan və Böyük Britaniyanın imkanlarını geridə qoyacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2026

14 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR