Onlayn ictimai-siyasi qəzet
İstanbulun Fatih rayonunda yerləşən valyutadəyişmə məntəqəsində silahlı insident baş verib.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qanlı olay Fatih rayonundakı "Sofçuhan İş Hanı"nın daxilində yerləşən valyutadəyişmə məntəqəsində qeydə alınıb.
İddiaya görə, müştəri ilə iş yeri sahibi arasında yaranan borc mübahisəsi qısa müddətdə böyüyərək silahlı davaya çevrilib. Tərəflərin bir-birinə atəş açması nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə yaralanıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində hadisə ilə bağlı 1 nəfər saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ