İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə 5 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Siyəzəndə 5 nəfər dəm qazından zəhərlənib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, aprelin 3-də Siyəzən Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər müraciət edib.

Onlardan 2 nəfər - Rəsulova Leyla Şamil qızı (10.07.2012) və Hacıyeva Xəyalə Adil qızı (11.04.1996) təcili tibbi yardım briqadası (103 xidməti) vasitəsilə xəstəxanaya çatdırılıb. Digər 3 nəfər - Kərimova Azadə İsmayıl qızı (27.03.1989), Cəlilova Zeynəb Şəfaqət qızı (20.11.1996) və Nəzərova Vəfa Mürvət qızı (22.12.1980) isə yaxınları tərəfindən tibb müəssisəsinə gətiriliblər.

Xəstələrin xəstəxanaya qəbul olunarkən vəziyyətlərinin stabil olduğu bildirilib. Onlar əsasən boğulma hissi, boğazda qıcıqlanma və ürəkbulanma şikayətləri ilə müraciət ediblər. Hər 5 xəstəyə yerindəcə yardım göstərilib. Vəziyyətləri stabilləşəndən sonra evə buraxılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR