Onlayn ictimai-siyasi qəzet
SOCAR-ın Etilen-Polietilen zavodunda il ərzində 187 min ton propilen, 190 min ton etilen və 120 min ton polietilen istehsal edilir.
Musavat.com bildirir ki, bu barədə zavodda təşkil olunan media-tur zamanı məlumat verilib.
Bildirilib ki, müəssisədə yüksək təzyiqli polietilen istehsalı üzrə fəaliyyət göstərən “Polimir-120” qurğusunun illik istehsal gücü 120 min tondur. Qurğuda aşağı sıxlıqlı polietilen (LDPE) istehsal olunur.
Zavodun enerji təsərrüfatında buxar-elektrik enerjisi istehsalı həyata keçirilir. Bu sahənin məhsuldarlığı saatda 480 ton buxar, elektrik enerjisi üzrə isə 68 MVt təşkil edir.
Şahanə Rəhimli
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ