İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçidə Paşinyana qarşı TOPLANTI – Çevriliş ssenarisi?

Ermənistanda keçirilən parlament seçkilərindən sonra Nikol Paşinyan hakimiyyətini möhkəmləndirsə də, Baş nazirə qarşı siyasi narazılığın yeni istiqamət aldığı müşahidə olunur. Belə ki, Rusiyada yaşayan erməni siyasi və ictimai çevrələrin bir hissəsi Paşinyan hakimiyyətinə qarşı daha açıq mövqe nümayiş etdirməyə başlayıb.

Rusiya-Ermənistan “Lazarev klubu”nun Soçidə keçirilən genişləndirilmiş iclasında Paşinyanın siyasəti, seçkilərin nəticələri və Ermənistan-Rusiya münasibətlərinin gələcəyi ilə bağlı sərt fikirlər səsləndirilib. Toplantıda Paşinyana qarşı mübarizənin Rusiyadakı erməni diasporu səviyyəsində də təşkilatlanması və Ermənistan hakimiyyətinə siyasi təzyiqin artırılması məsələləri gündəmə gətirilib. Həmçinin toplantıda Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinə münasibəti də xüsusi müzakirə mövzusu olub. İştirakçılar kilsəyə qarşı təzyiqləri pisləyərək bu məsələni beynəlxalq dini səviyyəyə çıxarmaq niyyətlərini açıqlayıblar. Bunun üçün Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə və Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə əlaqə saxlanılması planlaşdırılır.

Rusiyadakı erməni diasporunun Paşinyan hakimiyyətinə qarşı fəallaşması nə ilə bağlıdır?

Azparkinq”dən KÜTLƏVİ narazılıq – hüquq müdafiəçisi dövlətə ÇAĞIRIŞ etdi »  Duzxeber.az

Siyasi şərhçi Xəzər Teyyublu Musavat.com-a deyib ki, son seçkilərdən sonra anti-Paşinyan xətti sezilməkdədir: “Paşinyan hökumətinin son illərin siyasi xəttinə baxışı deməyə əsas verir ki, xarici siyasətdə Rusiyadan asılılığı azaltmağa, Qərbə doğru istiqaməti genişləndirməyə cəhd edir. Paşinyanın son açıqlaması da diqqət çəkir. Deyir ki, Ermənistan Rusiyaya münasibətdə alternativlərini yaratmaq istəyir. Bu, həm iqtisadi, həm də siyasi müstəvidə ola bilər. O baxımdan, Paşinyanin fikri rus siyasi dairələrdə narahatlıq doğurmaya bilməz. Paşinyanın müxalifət hesab edilən qüvvələrə qarşı bir neçə aspektdən mövqe formalaşdıran addımları ola bilər: birincisi, sərt inzibati addımlar və həbslər həyata keçirilməsi, ikincisi, Rusiya ilə müəyyən siyasi yumşaqlıq göstərib, eyni zamanda, Qərblə genişlənməni davam etdirməsi də istisna sayılmamalıdır”.

Onun fikrincə, balanslı siyasi xətt mövcud vəziyyətdə Ermənistan üçün uyğun sayıla bilər: “Həm Rusiyadan təzyiqlərin qarşını almış olar, həm də apardığı ümum siyasi xəttini davam etdirmiş olar. Son seçkilərdə hakim iqtidarın güclü çıxması, Paşinyanın daxildən müxtəlif sosial layihələrin həyata keçirməsi hələ ki onun cəmiyyət qarşısında mövqelərini dayanıqlı edir. Belə olan halda Soçi toplantısı Paşinyana qarşı etirazın təzyiq platforması kimi sayıla bilər”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR