İnsanlara hürriyət, millətlərə istiqlal!

Son dəqiqə: Azərbaycan XİN Qəzzada sülhməramlı missiyada iştirakla bağlı açıqlama verdi  

"Azərbaycan Qəzzada sülhməramlı missiyada iştirak üçün dəvət alıb. Biz bizi maraqlandıran və narahat edən bir sıra məsələlərlə bağlı sorğular göndərmişik".

Musavat.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.

“Tam təhlil aparırıq. Hər hansı qərarın qəbul edilməsi üçün cavabların dolğun olması zəruridir. Bir çox sualın cavabı yoxdur, açıq qalan məqamlar var.
Hazırkı məqamda Qəzzaya Azərbaycan qüvvələrinin həmin missiyada iştirakına dair heç bir qərar yoxdur”, - Ceyhun Bayramov bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR