İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ermənistanda zəlzələ oldu

Ermənistanın Lori vilayətində axşam saatlarında zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, yerli vaxtla saat 21:10-da Spitak şəhərindən 11 kilometr cənub-şərqdə 2,5 maqnitudalı zəlzələ baş verib.

Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların intensivliyi 3 bal təşkil edib.

Yeraltı təkanlar Spitak və Vanadzor şəhərlərində, həmçinin Alavar, Şaumyan, Lernantsk və Lernapat kəndlərində 2-3 bal gücündə hiss olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR