Onlayn ictimai-siyasi qəzet
İrandan Türkiyəyə atılan növbəti raket zərərsizləşdirilib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında İrandan Türkiyəyə atılan 4-cü ballistik raketin zərərsizləşdirildiyi bildirilib.
Qeyd olunub ki, raket NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib:
“Ərazilərimizə yönələn hər cür təhdidə qarşı zəruri tədbirlər görülür. Regiondakı hadisələr milli təhlükəsizliyimiz əsas götürülərək diqqətlə izlənilir” .
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ