İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Kəlbəcərdə mina partladı, xəsarət alan var

Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR