İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Pezeşkian Azərbaycanla bağlı GÖRÜN NƏLƏR DEDİ...

İran prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən yürüşdə xalqa müraciətində Azərbaycana minnətdarlığını bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İran qonşu ölkələrlə mehriban qonşuluq və qardaşlıq münasibətlərini gücləndirməyə çalışır.

Pezeşkian Azərbaycana və Prezident İlham Əliyevə, eləcə də Türkiyə prezidentinə və xarici işlər nazirinə əməkdaşlığa görə təşəkkürünü bildirib.

O, həmçinin İranla bağlı məsələlərin diplomatik yolla həllində iştirak etdiklərinə görə Qətər, BƏƏ, Pakistan, Misir və digər ölkələrə minnətdarlığını bildirib.

"Onların hamısı İranın vəziyyətindən narahat idilər və məsələni diplomatik yolla həll etməyə çalışdılar. Bunun üçün onlara təşəkkür edirəm", - deyə prezident vurğulayıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR