İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Trampdan ŞOK AÇIQLAMA - Bu gecə bütöv bir sivilizasiya məhv olacaq!

ABŞ prezidenti Donald Tramp sosial media hesabında İranla bağlı son dərəcə sərt və narahatedici açıqlama yayıb.

Musavat.com xəbər verir ki, Tramp paylaşımında mümkün fəlakətli ssenariyə işarə edərək aşağıdakı ifadələri işlədib:

“Bu gecə bütün bir sivilizasiya məhv olacaq, heç vaxt yenidən doğulmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək. Lakin indi tam rejim dəyişikliyi baş verdiyindən, digər, daha ağıllı, daha az radikal ağıllar üstünlük təşkil etdiyi zaman bəlkə də inqilabi və gözəl bir şey baş verəcək. KİM BİLİR? Bunu bu gecə, dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından birində biləcəyik. 47 illik şantaj, korrupsiya və ölüm nəhayət ki, sona çatacaq. Tanrı böyük İran millətinə xeyir versin!”

Bu açıqlama beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub. Analitiklər hesab edir ki, Trampın “bir sivilizasiyanın məhvi” ilə bağlı ifadələri regionda mümkün ən ağır ssenarilərə – o cümlədən kütləvi dağıdıcı silahların, eləcə də taktiki atom bombasının istifadəsi ehtimalına işarə kimi qəbul olunur.

Musavat.com-a görə, bu, yalnız İran üçün deyil, bütövlükdə Yaxın Şərq və Cənubi Qafqaz regionu üçün də ciddi təhlükə siqnalıdır. Belə bir ssenari enerji bazarlarından tutmuş təhlükəsizlik arxitekturasına qədər genişmiqyaslı nəticələr doğura bilər.

Xatırladaq ki, Donald Trampın təslim olması üçün İrana verdiyi zaman bu gecə saat 20:00-da bitir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR