İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ukrayna PUA-sı Qazaxıstana düşdü - VİDEO

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Rusiya ilə sərhədində, Orsk şəhəri yaxınlığında yerə düşüb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Mash" Teleqram kanalı yayıb.

Məlumata görə, dron Alimbetovka kəndi yaxınlığında qəzaya uğrayıb. Hazırda PUA-nın düşdüyü ərazi nəzarətə götürülüb və giriş-çıxış bağlanıb.

Hadisə yerinə dərhal Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda mütəxəssislər hadisənin təfərrüatlarını araşdırırlar.

Musavat.com.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR