Onlayn ictimai-siyasi qəzet
İndoneziyanın Bali adasında yaşayan və uzun müddət ailədaxili zorakılığa məruz qaldığını iddia edən gənc qadının sosial mediada paylaşdığı video geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, qadın bildirib ki, boşanma prosesində yaşadığı çətinliklər Sedat Pekerin müdaxiləsindən sonra aradan qalxıb.
Onun sözlərinə görə, evliliyi müddətində əri tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb. Ayrılmaq istəsə də, təhdidlər səbəbindən boşanma prosesinə başlaya bilməyib və uzun müddət çıxılmaz vəziyyətdə qalıb.
Gənc qadın paylaşdığı videoda Sedat Pekerin ona dəstək göstərdiyini və bunun sayəsində boşanma prosesinin həll olunduğunu iddia edib.
"Qardaşım Rəis Sedat Peker sayəsində boşanma prosesim aydınlaşdırıldı. İndi özümü təhlükəsiz hiss edirəm. Qardaşıma çox təşəkkür edirəm", – deyə o videomüraciətində bildirib.
Qadının açıqlamaları sosial şəbəkələrdə geniş yayılıb və müxtəlif müzakirələrə səbəb olub.
Qeyd edək ki, yayılan məlumatlar əsasən qadının şəxsi iddialarına və sosial media paylaşımına əsaslanır. Sedat Peker və ya rəsmi qurumlar tərəfindən məsələ ilə bağlı əlavə açıqlama verilməyib.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ